Joy.az Forum: Hansı psixoloji tipə məxsussan? - Joy.az Forum

Перейти к содержимому

İstədiyiniz rəngi seçin   Blue Green Orange Pink Brown Red Dark Blue Violet Dusty

Forumda blog yaratmaq imkanı əlavə edildi. İstənilən istifadəçi özünə bloq yarada və öz istədiyi tərkibi (forum qaydalarına uyğun) dərc edə bilər. Bloga forumun yuxarısındakı Blogs keçidindən keçmək olar.
Şəxsi Blog yaratmaq üçün şəxsi nizamlamalardakı Blogs vərəqini seçin.


1 səhifədən 1-ci
  • Siz yeni mövzu aça bilməzsiniz
  • Siz bu mövzuya cavab verə bilməzsiniz

Hansı psixoloji tipə məxsussan?

#1 İstifadəçi xətdə deyil   Diana İkon

  • Forumun əziz istifadəçisi
  • İkon
  • Qrup: Patriot
  • İsmarışlar: 575
  • Qeydiyyat: 10 April 09
  • Təşəkkürlər: 3

Göndərildi: 21 June 2009 - 20:55

 Изображение

Psixologiya tarixində bir neçə tip yaranıb ki, onun vasitəsilə insanları bu və ya digər qruplara ayırmaq mümkündür. Bu qruplar özünüaparma, emosionallıq və digər psixoloji vəziyyətlərə görə formalaşır. Bu tiplərdən ən vacibi isə insan temperamentinə görə formalaşanlardır. Bu anlayış Hippokrat tərəfindən yaradılıb və o , temperament müxtəlifliyini insan orqanizmində bu və ya digər maye mühitinin üstün olması ilə izah edirdi. Öz növbəsində temperament tiplərini sanqvinik, xolerik, fleqmatik və melanxolik adlandırmışdır. Lakin əslində buna rus alimi İvan Pavlov elmi izahat vermişdir. O, aşkara çıxarıb ki, temperamentlərdə müxtəliflik əsəb sistemi ilə bağlıdır. Əminliklə demək olar ki, temperament anadangəlmədir və onu dəyişmək mümkün deyil, sadəcə bir qədər təsir etmək olar. Məhz temperament xarakterin formalaşmasında əsas baza rolunu oynayır.>
>
  Sanqvinik - mimika, hərəkət və kifayət qədər aktivliyi ilə seçilir. Fikrini bir yerə cəmləməyi bacarır, yeniliyə asanlıqla uyğunlaşır, həmçinin bacarıqlı olur. Hisslərin, əhvalın, məqsədin dəyişkənliyi ona xasdır. Ünsiyyətcildir, insanlarla əlaqəyə tez girir, mühit dəyişkənliyinə və istənilən vəziyyətə tez uyğunlaşır. 

  Xolerik də aktivliyi ilə fərqlənir. O, səbirsiz, özündən tez çıxandır. Məqsəd və maraqları qətidir, diqqətin yönəlməsində çətinlikləri olur, mühit dəyişkənliyinə isə rahat uyğunlaşır.  

  Fleqmatik - mimikası, hərəkəti, hətta nitqi də nəzər cəlb etməyəndir. Hisslərinə təsir etmək çətindir. Demək olar ki, həmişə sakit və təmkinlidir. Diqqətini çətinliklə cəmləyir, vərdişlərini gec dəyişir, yeniliyə can atmır, mühit dəyişkənliyi onluq deyil, ünsiyyətə gec girir, lakin enerjili və işgüzardır. 

 Melanxolik - hissiyyatlı və küsəyəndir. Diqqəti dəyişkəndir, mimikası nəzər cəlb etmir. Melanxolik utancaq və qərarsızdır. Bununla yanaşı gündəlik həyatda (adət etdiyi şəraitdə) kifayət qədər uğurlu və özünə əmindir. 

  Reallıqda sanqvinik və melanxoliklərə daha çox rast gəlinir. Ümumiyyətlə müəyyən temperamentə məxsus insanlar azdır, əksər hallarda qarışıq tiplərə rast gəlinir. 

 
>

Bəzən dünyanı dəyişməkçün bir gülüş də kifayətdir...
0


1 səhifədən 1-ci
  • Siz yeni mövzu aça bilməzsiniz
  • Siz bu mövzuya cavab verə bilməzsiniz

Bu mövzuda digər cavablar

#2 İstifadəçi xətdə deyil   SOLNIWKO İkon

  • Forumun Günəşi
  • İkon
  • Qrup: Patriot
  • İsmarışlar: 431
  • Qeydiyyat: 13 April 09
  • Təşəkkürlər: 6

Göndərildi: 21 June 2009 - 21:05

Просмотр сообщенияX_Lady (21.6.2009, 21:55) nikindən sitat:

Fleqmatik - mimikası, hərəkəti, hətta nitqi də nəzər cəlb etməyəndir. Hisslərinə təsir etmək çətindir. Demək olar ki, həmişə sakit və təmkinlidir. Diqqətini çətinliklə cəmləyir, vərdişlərini gec dəyişir, yeniliyə can atmır, mühit dəyişkənliyi onluq deyil, ünsiyyətə gec girir, lakin enerjili və işgüzardır.



Özümü 70% buna yaxın bildim:).Təşəkkürlər!

Unutma ki,unudulmayasan!
0

#3 İstifadəçi xətdə deyil   La Seule İkon

  • Forumun əziz istifadəçisi
  • İkon
  • Qrup: Patriot
  • İsmarışlar: 586
  • Qeydiyyat: 10 April 09
  • Təşəkkürlər: 6

Göndərildi: 21 June 2009 - 21:12

Просмотр сообщенияX_Lady (21.6.2009, 21:55) nikindən sitat:

Melanxolik - hissiyyatlı və küsəyəndir. Diqqəti dəyişkəndir, mimikası nəzər cəlb etmir. Melanxolik utancaq və qərarsızdır. Bununla yanaşı gündəlik həyatda (adət etdiyi şəraitdə) kifayət qədər uğurlu və özünə əmindir.

Özüməm ee :rolleyes:

Изображение
0

#4 İstifadəçi xətdə deyil   Realium İkon

  • natura non facit saltum
  • İkon
  • Qrup: İstifadəçi
  • İsmarışlar: 219
  • Qeydiyyat: 01 June 09
  • Təşəkkürlər: 2

Göndərildi: 21 June 2009 - 21:21

Xolerik də aktivliyi ilə fərqlənir. O, səbirsiz, özündən tez çıxandır. Məqsəd və maraqları qətidir, diqqətin yönəlməsində çətinlikləri olur, mühit dəyişkənliyinə isə rahat uyğunlaşır.

Bu isə mənəm. :)

Bir insana mənsub olduğu millətinə görə nifrət etmək, insan şərəfsizliyinin pik nöqtəsidir! ©
0

#5 İstifadəçi xətdə deyil   Bazarkom İkon

  • Forumun əziz istifadəçisi
  • İkon
  • Qrup: Patriot
  • İsmarışlar: 119
  • Qeydiyyat: 25 June 09
  • Təşəkkürlər: 1

Göndərildi: 25 June 2009 - 08:24

Mən Sanqvinikəm. Bu ən əsas od ünsürlü insanlara xas olan temperament növüdür.

...
0

#6 İstifadəçi xətdə deyil   Sevimli İkon

  • Forumun əziz istifadəçisi
  • İkon
  • Qrup: Patriot
  • İsmarışlar: 169
  • Qeydiyyat: 13 May 09
  • Təşəkkürlər: 2

Göndərildi: 25 June 2009 - 09:42

Mən də sanqvinik tipə aidəm. Məni tanıyanların çoxu bunu təsdiqləyər. :rolleyes:

0

#7 İstifadəçi xətdə deyil   OKaïDi İkon

  • İkon
  • Qrup: V.I.P xanım
  • İsmarışlar: 1320
  • Qeydiyyat: 17 March 09
  • Təşəkkürlər: 59

Göndərildi: 18 July 2009 - 23:15

Sitat

Sanqvinik - mimika, hərəkət və kifayət qədər aktivliyi ilə seçilir. Fikrini bir yerə cəmləməyi bacarır, yeniliyə asanlıqla uyğunlaşır, həmçinin bacarıqlı olur. Hisslərin, əhvalın, məqsədin dəyişkənliyi ona xasdır. Ünsiyyətcildir, insanlarla əlaqəyə tez girir, mühit dəyişkənliyinə və istənilən vəziyyətə tez uyğunlaşır.

Deyəsən bu bir az uyğun gəldi...

Изображение
0

#8 İstifadəçi xətdə deyil   cicek İkon

  • Forumun əziz istifadəçisi
  • İkon
  • Qrup: Patriot
  • İsmarışlar: 330
  • Qeydiyyat: 07 June 09
  • Təşəkkürlər: 43

Göndərildi: 18 July 2009 - 23:34

Hər bir insanda temperamentin bütün tipləri var. Bu tiplərin üzə çıxması isə hadisələrdən daha çox asılıdır. Mən də xolerik tip üstünlük təşkil edir. Xətti pis, tez əsəbilən, fikrində qəti, özü müstəqil qərar qəbul etməyi bacaran və s.

0

#9 İstifadəçi xətdədir   Nice_Girl İkon

  • Forumun təqaüdçüsü
  • İkon
  • Qrup: Aktivlər
  • İsmarışlar: 1159
  • Qeydiyyat: 17 June 09
  • Təşəkkürlər: 11

Göndərildi: 19 July 2009 - 21:13

Melanxolik daha uyğun gəldi oxuduqlarımın içində.

Изображение
0

#10 İstifadəçi xətdə deyil   Blackkk İkon

  • Üstün
  • İkon
  • Qrup: Patriot
  • İsmarışlar: 403
  • Qeydiyyat: 10 April 09
  • Təşəkkürlər: 10

Göndərildi: 19 July 2009 - 21:40

Məndə hərəsindən 25% :)

Tabe olma, tabe et!
0

#11 İstifadəçi xətdə deyil   ROCK666 İkon

  • İkon
  • Qrup: Nəzarətçi
  • İsmarışlar: 504
  • Qeydiyyat: 10 April 09
  • Təşəkkürlər: 31

Göndərildi: 19 July 2009 - 22:50

Просмотр сообщенияX_Lady (21.6.2009, 21:55) nikindən sitat:


 Melanxolik - hissiyyatlı və küsəyəndir. Diqqəti dəyişkəndir, mimikası nəzər cəlb etmir. Melanxolik utancaq və qərarsızdır. Bununla yanaşı gündəlik həyatda (adət etdiyi şəraitdə) kifayət qədər uğurlu və özünə əmindir.
 


Budu :)

İsmarışda düzəlişlər etdi ROCK666: 08 September 2009 - 23:41

0

#12 İstifadəçi xətdə deyil   Emily İkon

  • Yeni istifadəçi
  • İkon
  • Qrup: İstifadəçi
  • İsmarışlar: 9
  • Qeydiyyat: 16 April 10
  • Təşəkkürlər: 1

Göndərildi: 16 April 2010 - 18:18

Просмотр сообщенияDiana (21 June 2009 - 20:55) nikindən sitat:

Sanqvinik - mimika, hərəkət və kifayət qədər aktivliyi ilə seçilir. Fikrini bir yerə cəmləməyi bacarır, yeniliyə asanlıqla uyğunlaşır, həmçinin bacarıqlı olur. Hisslərin, əhvalın, məqsədin dəyişkənliyi ona xasdır. Ünsiyyətcildir, insanlarla əlaqəyə tez girir, mühit dəyişkənliyinə və istənilən vəziyyətə tez uyğunlaşır. 


mən mən mən :D

İsmarışda düzəlişlər etdi Emily: 16 April 2010 - 18:18

0

#13 İstifadəçi xətdə deyil   Raskolnikov İkon

  • Forumun əziz istifadəçisi
  • İkon
  • Qrup: Patriot
  • İsmarışlar: 359
  • Qeydiyyat: 20 October 09
  • Təşəkkürlər: 9

Göndərildi: 16 April 2010 - 18:22

Ən uyğunu Sanqvinik`di

0

#14 İstifadəçi xətdə deyil   kanka İkon

  • FO®EAL
  • İkon
  • Qrup: Nəzarətçi
  • İsmarışlar: 1492
  • Qeydiyyat: 09 April 09
  • Təşəkkürlər: 39

Göndərildi: 01 August 2010 - 00:57

Melanxolik - utancaq və qərarsız.. Mənn..! )

Изображение
0

#15 İstifadəçi xətdə deyil   Lale İkon

  • ♥♥♥♥♥
  • İkon
  • Qrup: Patriot
  • İsmarışlar: 128
  • Qeydiyyat: 26 July 10
  • Təşəkkürlər: 0

Göndərildi: 01 August 2010 - 15:19

Xolerik də aktivliyi ilə fərqlənir. O, səbirsiz, özündən tez çıxandır. Məqsəd və maraqları qətidir, diqqətin yönəlməsində çətinlikləri olur, mühit dəyişkənliyinə isə rahat uyğunlaşır.

məktəbdə test etmişdik, belə alındı cavab.

0

1 səhifədən 1-ci
  • Siz yeni mövzu aça bilməzsiniz
  • Siz bu mövzuya cavab verə bilməzsiniz

1 istifadəçi bu mövzunu oxuyur
0 istifadəçi, 1 qonaq, 0 gizli istifadəçi