DİQQƏT!

Qeyi-adi Müalicə MetodlarıMaraqlı və məsləhətli

Tarix boyunca tibb xəstəliklərə müalicə üsulları tapmağa çalışdı. Hətta Antik çağlarda və Orta çağda belə çox irəli müalicə üsulları tətbiq olundu.

Bu maraqlı müalicə üsullarından bəziləri:

ARI MÜALİCƏSİ

Qeyi-adi Müalicə Üsulları

Bu müalicə həqiqətən bəlkə də ən qəribə üsullardan biridir; amma, Çində bir çox həkim tərəfindən tətbiq olunur.
Arı iynəsində olan zəhərin romatizma kimi xəstəliklərə yaxşı təsir etdiyi düşünülür. Və problemli bölgəyə arı iynəsi ilə tətbiq olunur.

TOXUNARAQ ƏMƏLİYYAT
Əməliyyat demək hər vaxt bir yerlərinizin kəsilib-tikilməsi mənasına gəlməyə bilər. Braziliya və Filippin kimi ölkələrdə, toxunaraq müalicə üsulu tətbiq olunur. Bədəninizin xəstəlik olan bölgəsinə enerji verilməsi ilə özünüzü yaxşı hiss etməyə başlayırsınız.

DELFİN MÜALİCƏSİ
Psixoloji müalicə üçün psixoloqlara milyonlar xərcləməniz lazım deyil. Delfinləri izləmək də ən az bir psixoloq qədər işə yaraya bilər.Bu müalicə üsulunda yalnız delfinləri izləyib dalğa səslərini dinləyərək rahatlayırsınız.

HO'OPONOPONO
Ağır döyüşlər edən dəli mübahisələr yaşayan biriysəniz, bu müalicə üsulu tam sizə görədir. Ho'oponopono, Havayda tətbiq olunur və təməldə hirs və günahkarlıq kimi mənfi duyğuları atmağı hədəfləyir.
Müalicənin kilid nöqtəsi isə "üzr istəyirəm" və "gəl barışaq" kimi sözləri istifadə etməyə başlamaqdır. Bu sözləri istifadə edən xəstələr, pisliklərdən tamamilə təmizlənir.

İLAN MASAJI

Qeyi-adi Müalicə Üsulları

Bəli səhv oxumadınız! Bu müalicə üsulunda bir yığın zəhərsiz ilan bədəninizdə gəzişərək masaj edir və bədəninizi rahatlaşdırır.

PİVƏ DUŞU
Dünyanın bəzi yerlərində bu maraqlı müalicə üsulutətbiq olunur. Pivə dolu bir ləyənə hətta çəlləyə girib pivələrinizi yudumlayaraq bütün stressinizi ata bilirsiniz.

QAN ALMA
Qədim zamanlarda, bədəndən bir miqdar qanın alınmasının xəstəlikləri önləyici və müalicə edici bir üsul olduğuna inanılırdı. Mesala, birinin yüksək təzyiqi varsa, bu üsulla müalicə edilirdi. Atəş, baş ağrısı kimi şikayətləri olan xəstələr də qan alınaraq müalicə edilirdi. Və maraqlı bir şəkildə bu üsul olduqca təsirli idi.

CADU
Antik çağlarda paqan inancına sahib insanların xəstəlikləri müalicə edəcək gücləri olduğuna inanılırdı. Xəstələr paqan inancına sahib insanlara aparılır və bir qayanın üstünə yatırdılaraq bədənində yaşayan xəstəlik bu cadugər tərəfindən yox edilirdi.
Ayrıca müalicə əsnasında xəstələrin günah çıxarmaları istənir beləcə müalicə müddətinin sürətlənəcəyinə inanılırdı.

İKSİRLƏR
İksirlər,qədim zamanlarda istifadə edilən bir növ narkoz üsulu idi. Əməliyyatlar əsnasında bunları içən xəstə yatır beləcə acı çəkməsi önlənirdi. Amma bu iksirlər mükəmməl nisbətdə qarışdırılmazsa və uyğun dozada verilməzsə, xəstələrin ölümünə yol aça bilirdi.

ŞPRİSLƏR

Qeyi-adi Müalicə Üsulları

Bu üsul bir mayeni bir silindr ya da balonun içinə qoyaraq tətbiq olunur və bağırsaqlarda şişkinliyə gətirib çıxarır, çünkü toksinlərin bədəndən çölə atılmasını təmin edir. Bu üsul dərmanın qana qarışmasını sürətləndirir və tez bir rahatlama təmin edir.

KARTOF QABIQLARI
Kartof qabıqları yanıqları müalicə etməkdə istifadə edilirdi. Klassik bandajlar yerinə yeni yanmış bölgəyə kartof qabığı qoyulsa yaranın daha sürətli bir şəkildə yaxşılaşdığı tapıldı. Bu üsulun üstünlüyü ucuz və ağrısız olması idi. Ayrıca yaralı bölgəni davamlı nəmli tutduğu üçün də rahatca çıxarıla bilirdi.

SİRKƏ
Gicitkən otuyla sirkəni eyni şüşəyə qoyub gözlətdikdən sonra bunu ilan ya da əqrəb sancması olan bölgəyə çəkmək, zəhərin qana qarışığını maneə törədir. Eyni zamanda bu qarışıq ağrı hissini azaldır

SU MÜALİCƏSİ
Bu üsula görə, bütün ağrı və sızılardan xilas olmaq üçün isti bir duş qəbul etmək kafidir. Köhnə zamanlarda, yağlarla və çiçəklərlə zənginləşdirilmiş isti suda ya da bahar yağışında yuyunmanın bütün xəstəlikləri keçirə biləcəyinə inanılırdı.
Bəzi həkimlər bu müalicəni həddindən artıq nöqtələrə daşıyaraq xəstələrini günlərlə duşda tutmaq, bütün bədənini yaş dəsmallarla sarımaq kimi üsullar istifadə etdilər.

İFLİC BÖLGƏNİ KİMYƏVİ OLARAQ XƏBƏRDAR ETMƏ

Qeyi-adi Müalicə Üsulları

Bu üsulu ilk olaraq Macar bir həkim tətbiq etmişdi. Macar həkim, bəzi xəstələrin iflic olduqdan sonra şizofreniyalı əlamətləri göstərdiyini və iflic olmaqdan xoşbəxt olduqlarını müşahidə etdi. Bir şizofreniyalı xəstəni müalicə etmənin digər xəstələrin də yaxşılaşmasında təsirli olacağını düşündü.
Bir çox kimyəvi üsul istifadə edərək onları müalicə etməyi sınadı və sonunda ‘metrazol' adlı bir dərmanda qərar etdi. Bunu beynə enjekt edərək bir çox müvəffəqiyyətli nəticə əldə etdi amma bu üsulun bəzi xəstələrdə bir çox yan təsiri oldu.

LOBOTOMİ
Xəstənin beyninin bir qisimini kəsib çıxarmağı ehtiva edən bu maraqlı üsul, illərcə şizofreniya, klinika depressiya kimi bir çox sinir xəstəliyini müalicə etməkdə istifadə edildi. Antipsikotik dərmanlar tapıldıqdan sonra bu üsul buraxıldı və bu üsul tibb tarixindəki ən səhv müalicə üsullarından biri olaraq ədəbiyyatda yerini aldı.

TREPANASYON
Beyində dəliklər açaraq burada yaranan xəstəliklərdən xilas olmağı hədəfləyən bu üsulun sara, migren və ruh xəstəliklərini yaxşılaşdırdığına inanılırdı. Bu üsul indiki vaxtda beyni təsir edən baş yaralanmalarını müalicə etməkdə hələ istifadə edilir.

TİBBİ ZƏLİLƏR
Orta əsrlərdə istifadə edilən bir başqa tibbi üsul zəlilər idi. Qan almağa bənzər olan, zəlilər dövrün həkimlərinin bir çox xəstəliyə səbəb olduğunu düşündükləri çirkli qanı çəkmək üçün istifadə edilirdi.
Müasir tibbdə, zəlilərə rekonstraktif cərrahıda qan axışını sürətləndirmək üçün müraciət edilir. Bu üsul, məsələn geri tikilən bir barmaqda qan axışını artırmaqda istifadə edilir.

QURDCUQ DEBRİDMAN MÜALİCƏSİ
Bir gün bu böcəyə sizi daha böyük bir dənəsindən qurtarması üçün ehtiyac duya bilərsiniz. Qurdcuq debridman müalicəsi, açıq yaralara mikrobsuz qurdcuq - ağcaqanad sürfəsi - yerləşdirməklə tətbiq olunur.
Qurdcuqlar yara ətrafında çürüyən toxumanı gəmirərkən, geridə sağlam toxuma qalır.Qurdcuqlar ayrıca zərərli bakteriyaları öldürərək yaranı dezinfeksiya edir. 1930lu və 1940-cı illərdə tez-tez istifadə edilən üsul pensilin iynəsinin yayılması ilə fəaliyyətini itirdi. Ancaq antibiotiklərə müqavimətli bakteriyaların ortaya çıxması ilə qurdcuqlar təkrar istifadə edilməyə başlandı.

İNSAN SÜDÜ

Qeyi-adi Müalicə Üsulları

Kemoterapiya müalicənizin bir stəkan südlə edilməsini istərdinizmi? İnsan südünün xərçənglə mübarizə edə bilmə gücü 2009-cu ildə qızının südünü içən bir atanın başından keçənlər sayəsində fərq edildi. Qeyri-adi bir variant olaraq qəbul edilən süd müalicəsinin, İsveçin Lund və Göteburg Universitetləri elm insanlarının çalışması nəticəsində xərçəng hüceyrələrini öldürə biləcəyi ortaya çıxdı.
Araşdırmacılar, ana südündə olan və HAMLET adı verilən maddənin xərçəng hüceyrələrinin ölümünə gətirib çıxardığını kəşf etsə də, bu maddənin xərçəngli hüceyrələr üzərində necə təsir göstərdiyi tam olaraq aydın ola bilmədi.

UROTERAPİYA
Kosmosda məhdud qaynaqlarla vəsifəsini icra edən astronavtlar geri çevrilmiş sidiklərini içə bilir. Ancaq bəziləri qatqısız sidiyi homeopatik müalicənin bir parçası olaraq içmək məcburiyyətindədir. Bu alternativ müalicə üsulunu təklif edənlər, sidiyin insan bədənini xərçəngdən AIDSə qədər bir çox xəstəlikdən qoruyacaq anticisimlər ehtiva etdiyini qarşıya qoyur.
Ancaq mövzu üzərində vasvası bir elmi iş olmadığı üçün, Amerikan Xərçəng Dərnəyi kimi təşkilatlar üsula ciddi bir şəkildə yaxınlaşmaqdan çəkinir.

PƏLƏNG PENİSİ ŞORBASI
Asiyada bəzi insanlar "sənin nə olduğunu yediyin şey təyin edər" sözünü çox ciddi qəbul edir. Minlərlə il boyunca, ənənəvi Çin dərmanlarını istifadə edən həkimlər canlılıq gətirməsi üçün plova yatırdılan ilan, ayı kimi güclü olmaq üçün də ayı pəncəsi yemək kimi dəyişik üsullar sınadılar. Bu gün isə bəziləri qurudulmuş pələng penisindən edilən şorbaları içməyi seçir.
Pələnglərin beynəlxalq ticarəti 1987dən bəri qadağan edilmiş olsa da, icazəsiz ovlanma pələng penisi düşkünləri üçün həll yolunu meydana gətirir. Təbii Həyatı Qoruma Dərnəyinə görə, libido problemi yaşayanlar pələng əti yemək yerinə adlarını Pələngə çevirməlidirlər.

MİRVARİ TOZU
İnci bir taxılaraq bir də sürtülərək istifadə edilir. Ənənəvi Çin tibbində parçalanan mirvarilər toz və ya krem halına gətirilib, dəri baxım məhsulu olaraq istifadə edilir. Həkimlər isə müalicənin yalnız sızanaqları keçirmədiyini, yaşlanmanın qarşısını aldığını və ömrü uzatdığını qarşıya qoyur.


0 0

ŞƏRH YAZ

ŞƏRHLƏR

  1. Xəbərlər: 127
    Şərhlər:2249
    ADELE26 Sentyabr 2012 12:35
    ilanlardan qorxuraam
    --------------------
    Hatasız Kul Olmaz
  1. Xəbərlər: 147
    Şərhlər:3021
    Filay21 Sentyabr 2012 14:41
    Zəlini tvdə görmüşdüm keçəl bir kişinin başına qoymuşdular qanı sorurdu :) mənə maraqlı gəlir zəli faydalı heyvandı
  1. Xəbərlər: 1
    Şərhlər:2867
    The Moon18 Sentyabr 2012 15:50
    Arını bilirdim...

    İlanı heç vaxt təcrübə etmək istəmərəm...

    Cadu və ya iksirə isə inanmıram...
  1. Xəbərlər: 0
    Şərhlər:6
    YaƏliMədət17 Sentyabr 2012 23:40
    Allah razı olsun
  1. Xəbərlər: 0
    Şərhlər:1372
    serpil17 Sentyabr 2012 15:35
    oyyyyyyyy ilan masaji?????????
  1. Xəbərlər: 0
    Şərhlər:2288
    _ClaRisS_17 Sentyabr 2012 15:15
    Ilan masajini ewitmemiwdim maraqli idi twk...
  1. Xəbərlər: 0
    Şərhlər:198
    nunu_baku17 Sentyabr 2012 02:20
    choxundan xeberdardim,teshekkur..
    zeli teref baxa bilmirem o ki qala mualice,qan tezyigine yaxshi komek edir,zeliler evimize qonaq gelir bezen.. yoo
    Ana sudunun min bir derde derman oldugunu bilirdim+xercheng hech eshitmemishdim..
    Men bir ara Mirvari tozu axtarirdim blush ,terifini eshitmishem,deriye choox gozel tesir edirmish.Tapa bilmedim ki..

    elave olaraq--Bir neche il evvel yeni tetbiq olunmaga bashlanan qebir terapiyasinin sinaqlarina baxirdim dehshet idi..Ilan masaji da qebir terapiyasina beraberdi menimchun. mocking
  1. Xəbərlər: 477
    Şərhlər:9046
    DonnA17 Sentyabr 2012 02:18
    ToMa_84 - hee. bir gun rastina cixsa qani sovurmuw zeli ustune bir az duz tok.srazu qusacaq o deq de olecey :) zelini o xususiyetine qore xosduram :))
    --------------------
    Həyat ölümə qaçmaqdır əslində..

  1. Xəbərlər: 57
    Şərhlər:3544
    _VoRKa_17 Sentyabr 2012 01:17
    Ari ve ilan mualicesini hec kime arzulamiram, Dehwet olar yeqinki))
    --------------------
    бесят тупые принципы.
    бесит, что никто не может признаться в своих чувствах.
    бесит, что никто искренне не говорит правду.
    бесит, что если человек скучает, то он об этом не скажет.
    бесит, что мы все прячем правду за неуклюжей ложью...


  1. Xəbərlər: 513
    Şərhlər:3240
    ToMa_8417 Sentyabr 2012 00:42
    Sitat: DonnA
    zəlini ayağıma qoyublar.elə də qorxunc bir şey deyil.irgənmiyəsən diksindirmiyəsən özünə qorxulu bir şey yoxdu.düzdü lap yaxşı şey də deyil mən də arzulamiram.ama zəlini şişəndə üstünə duz tökürsən qanı qusur ha ləzət eliyir o :))))

    Qorxmuram ee,sadəcə o başqa bir hisdir,bələkə də diksinməkdir elə wacko ,təsəvvürümə gəitrə bilmirəm o əlimdə olsun.Qan qusmaq? belay ?bax bunu təzə eşitdim
  1. Xəbərlər: 477
    Şərhlər:9046
    DonnA17 Sentyabr 2012 00:37
    Sitat: ToMa_84
    ,zəli və uroterapiyanı vaapşe)

    zəlini ayağıma qoyublar.elə də qorxunc bir şey deyil.irgənmiyəsən diksindirmiyəsən özünə qorxulu bir şey yoxdu.düzdü lap yaxşı şey də deyil mən də arzulamiram.ama zəlini şişəndə üstünə duz tökürsən qanı qusur ha ləzət eliyir o :))))
    --------------------
    Həyat ölümə qaçmaqdır əslində..

  1. Xəbərlər: 513
    Şərhlər:3240
    ToMa_8417 Sentyabr 2012 00:21
    Su müalicesinden başqa heç birini arzulamıram,zəli və uroterapiyanı vaapşe)
  1. Xəbərlər: 21
    Şərhlər:3861
    _Aymir_16 Sentyabr 2012 21:42
    İLAN MASAJI

    qeyri adi deyilee iyrencdi bezileri..
    --------------------
    Ağıllı bi təklik axmaq bi əlaqədən yaxşıdır; ya kralın yanında kraliça olarsan ya da soytarının yanında məsxərə! Tərcih sənin!
  1. Xəbərlər: 45
    Şərhlər:4359
    ★_EliSa_★16 Sentyabr 2012 21:03
    hekimlernen iwimiz vardaaaaaa haha
  1. Xəbərlər: 67
    Şərhlər:4428
    ToM RiDdle16 Sentyabr 2012 18:56
    İLAN MASAJI
    Oldurselerde etmerem cunki artiq men ilan gorende ozumden gedirem :))
    --------------------
    Tural Adrian ♥
  1. Xəbərlər: 0
    Şərhlər:454
    My HeArT16 Sentyabr 2012 18:34
    adam ilanin sekline baxib qorxur bu qiz masaj eletdirir shok
  1. Xəbərlər: 34
    Şərhlər:8246
    PeTTy16 Sentyabr 2012 18:16
    Rosalia,sendeki sebre heyran qaldım,bunları yazmağa şexsen menim sebrim çatmaz,teşekkürler.
    --------------------

    Psixoloq məni xilas etmək istəyir, mən isə dünyanı...
  1. Xəbərlər: 17
    Şərhlər:1531
    ♣_EmRe AyDıN_♣16 Sentyabr 2012 17:57
    Bu nasıl müalie lan?)
  1. Xəbərlər: 0
    Şərhlər:4316
    _BianKa_16 Sentyabr 2012 16:43
    bu neeeee beeee .ayyy ilanlara baxxx
  1. Xəbərlər: 217
    Şərhlər:1376
    Smile to life:))16 Sentyabr 2012 15:21
    ne qeribe mualice tipleri var ee..)))
  1. Xəbərlər: 565
    Şərhlər:2419
    ♕ mr_ GaGa ♕16 Sentyabr 2012 15:04
    ayyyy bu ne be ya hu
    --------------------

    ▲▲
    ▲▲▲
    ▲▲▲▲
    ▲▲▲▲▲



    Prince of Illuminati
Məlumat
Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.