Fon yüklənir...

Joy.azın Xatirə Dəftəri [Faya]

Məktəb illərində ən yadda qalan anlardan biridə xatirə dəftəri tutmaq və ya yazmaq idi, 1ci sinfdən 11ci sinfə kimi heçvaxt xatirə dəftərim olmayıb deyənlərdə aramızda var.. illərlə bu dəftəri saxlayan deyiləm =) bu səbəbdən heçvaxt onun marağında olmamışam.

Çünki bilirdimki, birçox qızlar kimi gecə-gündüz suallar düşünüb yazmamışam.

Ancaq mənə verilən xatirə dəftərlərini həmişə doldurmuşam. Bəlkə kimsə məndən fərqli olaraq xatirə dəftərini illərcə saxlayacaq?!-deyə düşünmüşəm..

Aramızdakı istifadəçilərimizdən çoxsu məktəbli, çoxsu isə tələbədir..Düşündüm ki, siz bu haqda daha çox maraqlı fikirlər yaza bilərsiniz.. və “Joy.az xatirə dəftəri” hazırladım. Buyurun Joy.az xatirə dəftəri və fikirləriniz...

 



Özünüzü təqdim edin.

Seva

 

Sizi Joy.azda saxlayan nədir?

Mənə əziz olan insanlar və özümdən asılı olmayan bir alışqanlıq)) Hər gün mütləq joy.aza gəlib xəbərləri gözdən keçirməliyəm.

 

Xatirəmizə kiçik bir sirr açın.

Açılacaq bir sirrim yoxdur))

 

Sizə yaxın olan 5 user ?

Banu, Vamp, Oppa, Vasif, Rufat, Emilçiiiikkkk, Dandoline. Vamp çoxdandı görünmür saytda, darıxıram onun üçün((

 

Ən zövqlü user kimdir?

Banu

 

Ən zövqlü xəbər müəllifi kimdir?

Ən zövqlü deyə bilmərəm kimdi hər müəllifin uğurlu və uğursuz xəbərləri olur. Uğurlu xəbərləri olanda həvəsnən oxuyub şərh yazmağı sevirəm))) Belə baxanda şərh yazmaqla elə də aram yoxdur))

 

Xəyapərəstsiz yoxsa realist?

Xəyal qurmağı sevirəm ama mən daha çox realistəm.

 

Joy.azda ən yadda qalan gününüz hansı günlər olub?

Ən yadda qalan günüm sentyabrın 5-i idi. Həmin gün dünyaya yenidən gəlmişdim. Banu ad günü təqvimimi səhv salmışdı. lol O vaxtlar facedən də çıxmışdım elə bilmişdi ki dostluğumdan silmişəm onu. Heç özüm də bilmədən aləm dəymişdi bir-birinə mən incimişdim ki məni niyə təbrik etməyib oda elə bilmişdi ki dostluğumdan silmişəm onu. Çox pis olmuşdu sonra gec də olsa təbrik etmişdi loveis Təbrik eləməsə də o bilir ki mən onu çooox istəyirəm love

 

Joy.azda üç möcüzə yaratmaq şansınız olsaydı nə yaratmaq istərdiniz ?

Bütün joy.azlıları bir araya toplayıb maraqlı müsabiqə keçirdərdim, fərqli statuslar yaradardim vəəə tşk şərhi yazan userləri həmişəlik ban edərdim))

 

Joy.azda ən çox sevdiyiniz istifadəçi kimdir?

Banu

 

Kiməsə görə Joy.azdan gedərsiz?

Elə bir şansım olmuşdu ama getmımişdim. Getmərəm də...

 

Bir damla su olsaydın hara düşmək istəyərdin?

Aralıq dənizinə))

 

Ağacı kökündən ayıran külək, ananı baladan ayıran fələk, sevəni sevəndən ayıran nədir?

Qismət deyərdim, çünki qismətimiz deyilsə gec-tez ayrılırıq...

 

Joy.az sizə nələri qazandırıb?

Yeni tanışlıq, dostlar, ünsiyyət və ən əsası çox gözəl və səmimi bir insanla tanış oldum. Mənə abla deyir love

 

Bəyəndiyiniz status?

Hələ ki VDP-yəm və statusumdan razıyam, ama nə vaxtsa gold olmaq istərdim))

 

Joy.aza olan iradlarınız?

İradım yoxdur ama təklifim var, hər zamankı kimi sadəcə və sadəcə İRƏLİ...

 

Joy.azda ilk tanış olduğun user və ya kimlərə yaxindan tanış olmaq istərdiz?

İlk Banu ilə tanış oldum. Şərhlərini oxuyurdum və istər-istəməz pozitiv enerji alırdım mən ondan. Mən istədiyim userlərlə artıq tanış olmuşam, hələ ki

başqaları ilə tanış olmaq fikrim yoxdu.

 

Sizi ən çox qıcıqlandıran userlər kimlərdi?

Yersiz şərh yazanlar, hər xəbərə mütləq şərh yazmaqla şərhlərinin sayını artıranlara qıcıq oluram.

 

İdeal dünyanızda öz idealınızı tapmısız?

İdeal sözü mənim üçün tamamlanmamış bir kəlimədir çünki ideal insan yoxdur və heçnə ideal deyildir. Bəlkə də ona görə tapmamışam...

 

Niyə bu niki seçmisiz?

Sadəcə içimdən gəldi)) Feya ya Faya arasında qalmışdım və bunu seçdim.

 

Joy.azlılara özünüzə xas bir məntiqli sual verin.

Məntiqlə aram yoxdur... feel

 

Xatirə dəftəriniz haçansa olub?

Olub, 11-ci sinifdə hələ də qalıb evdə hərdən açıb baxıram çox kövrəlirəm. Qızlar məcbur etilər ki sən də tut yazaq xatirə qalar. Düzü heç həvəsli olmamışam rəngarəng yazılar, içinə müğənillərin şəkillərini yapışdırırdılar ən çoxda Nazpəri, Emrah və s. lol Darıxıram məktəb illəri üçün, yuxularıma bilə gəlir müəllimlər, sinif yoldaşlarım... Heyf o günlərə... cray

 

Ürək sözlərin...

Hər zaman belə qalsın istərdim joy.az ilk gəldiyim gündən dəyişən çox şey oldu ama səmimiyyət qalıb hələ də. Arada soyuqluq olur ama mehriban olun deyirəm. FLOR sənə xüsusi təşəkkürlər...Joy.az`a arzum hər zaman irəlidə olun, sadəcə və sadəcə İRƏLi..

ŞƏRHLƏR

A_K

24 Mart 2013 12:53

Maraqli useriydi indi yoxdu deyəsən
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

Faya

2 İyul 2012 16:50

Sitat: QaRaCa
Görünüşüdə elə helədi, baxanda bilinir ki, sakit qızdı. İnşallah gözlədiyin o insanla bir ömür boyu mutlu həyat sürərsiniz.


Çox sağ ol
--------------------
ALLAH duaya 3 şəkildə cavab verir; "bəli" deyər istədiyini verər, "xeyir" deyər daha yaxşısını verər, "səbr elə" deyər ən yaxşısını verər.

QaRaCa

10 İyun 2012 16:45

Faya - bir zamanlar ünsiyyətdə olduğum bir xanımdır. Və o zamanlarda tanıdığım müddətcə onun haqda bu təəsürat yaranıb məndə: sakit, mülayim xasiyyətli, ancaq öz işiylə məşğul olan.. Görünüşüdə elə helədi, baxanda bilinir ki, sakit qızdı. İnşallah gözlədiyin o insanla bir ömür boyu mutlu həyat sürərsiniz.

Faya

1 Noyabr 2011 12:13

songena


Çox sağ ol səmimi sözlərin üçün, təşəkkürlər. loveis

Şərh yazan hər bir userə dərin təşəkkürümü bildirirəm, FLOR - sənə xüsusi təşəkkür məni də unutmadığın üçün.
--------------------
ALLAH duaya 3 şəkildə cavab verir; "bəli" deyər istədiyini verər, "xeyir" deyər daha yaxşısını verər, "səbr elə" deyər ən yaxşısını verər.

Songena

1 Noyabr 2011 11:05

FAYA - HƏR ZAMAN MƏNİM NƏZƏRİMDƏ MÜLAYİM, XOŞXASİYYƏT VƏ MEHRİBAN XANIM İMİCİ YARADIB. KİMİNLƏSƏ KONFLİKTİNİ GÖRMƏMİŞƏM, ÇOX SAKİT VƏ POZİTİV İNSANDIR. YALNIZ ÖZ İŞİLƏ MƏŞĞULDUR, İNCƏ QƏLBLİ, KÖRƏK İNSAN TƏSİRİ BAĞIŞLAYIR MƏNDƏ. XATİRƏNİ OXUDUM VƏ SƏNİ DAHA DA YAXINDAN TANIDIĞIMA SEVİNDİM...

Tatli cadi

31 Oktyabr 2011 23:48

Sitat: Faya
Təşəkkürlər...

girl_ten

Faya

31 Oktyabr 2011 23:41

Sitat: MASTER-SAN
Fayaaa :))Faya diyende her zamn beynimde onu qiciqlandirici zaraftklar yadiam duwur budaki Fayay erkim ve ona qarwi hormet etidyim ucun yadiam duwur :))xetrini cox isteyirem teze gelende menimle zaraft edirdi yawil goz zad aydian gelirse:)ilk defe gorend eburd aonu dedim bu 14 yawli qizlarda el cekmedilerde menden :)xaxa ywini bilende xaxa dedimki Fayay nene deyecem :))xaxa :))ela bir qizdi her zmanda her yerdede menim hormetimi artiqlamasi iel saxlayir ve men olan isteyi ve hormetine gore oan tewekkur edirem :))

Həəə, yadımdadı yaşıl göz olduğun üçün qıcıq olurdum sənə lol Nənə yoxda Vasif ayıbdı axııı, həm ruhum hələ də cavandı... tongue Şox sağol səmimi sözlərin üçün, mən də sənə təşəkkür edirəm...
--------------------
ALLAH duaya 3 şəkildə cavab verir; "bəli" deyər istədiyini verər, "xeyir" deyər daha yaxşısını verər, "səbr elə" deyər ən yaxşısını verər.

MASTER-SAN

31 Oktyabr 2011 23:35

Fayaaa :))Faya diyende her zamn beynimde onu qiciqlandirici zaraftklar yadiam duwur budaki Fayay erkim ve ona qarwi hormet etidyim ucun yadiam duwur :))xetrini cox isteyirem teze gelende menimle zaraft edirdi yawil goz zad aydian gelirse:)ilk defe gorend eburd aonu dedim bu 14 yawli qizlarda el cekmedilerde menden :)xaxa ywini bilende xaxa dedimki Fayay nene deyecem :))xaxa :))ela bir qizdi her zmanda her yerdede menim hormetimi artiqlamasi iel saxlayir ve men olan isteyi ve hormetine gore oan tewekkur edirem :))
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

_DecelkA_

31 Oktyabr 2011 23:08

Sitat: Faya
tələsmə vaxtı gələndə sənin xatirə dəftərin də işıq üzü görəcək...

gozdeyirem gorum axxiri hara gedir:))

Faya

31 Oktyabr 2011 23:03

Sitat: Banu
Ders dediyim yerde birde gordum ifrite sms yazibki Fayanin joyda xeberi cixib eve gedende get mutleg gir ona cavab yaz..bele gorsem onsuzda mutlegki yazardim..amma yaxwiki dedi bildim girib baxib...opurem seni coxlu lappp coxlu ureyim menim.....

O ifritəyə məndən salam denən... tongue Çox sağ ol səmimi sözlərin üçün ürəyim açıldı lap... Səni çoox istəyirəm... love

Sitat: _DecelkA_
Bu arada artiq 1 aydir ki,mende cvblandirmiwam suallari amma hele bir ses soraq yoxdu:(

1 nəfər sağ olsun loveis Çox sağol, tələsmə vaxtı gələndə sənin xatirə dəftərin də işıq üzü görəcək...


Sitat: _DecelkA_
Bu arada artiq 1 aydir ki,mende cvblandirmiwam suallari amma hele bir ses soraq yoxdu:(

1 nəfər sağ olsun loveis Çox sağol, tələsmə vaxtı gələndə sənin xatirə dəftərin də işıq üzü görəcək...
--------------------
ALLAH duaya 3 şəkildə cavab verir; "bəli" deyər istədiyini verər, "xeyir" deyər daha yaxşısını verər, "səbr elə" deyər ən yaxşısını verər.

MisSayka

31 Oktyabr 2011 22:59

Sitat: Faya
Ola bilər niyə də yox

inwallah smile
--------------------
Başqalarının nə düşündüyünün mənim onlara "başqaları" dediyim müddətcə heç bir önəmi yoxdur

Faya

31 Oktyabr 2011 22:58

Sitat: FLOR
faya ele bayaq menden sorusurdu ) bax cixdi xatire defterin)))

Axır ki... winked
Sitat: Dandoline
Amma yenə də getsin o günlər, gəlməsin deyirəm ))

Əlimdə deyil, unuda bilmirəm o illəri recourse
Sitat: tatli cadi 21
Sehrlerini her zaman oxudugum userlerden biridi ve cavablarida maraqli idi unsiyetim olmasada ugurlar

Təşəkkürlər...
saYka_zaYka,
Ola bilər niyə də yox fellow
Sitat: nur_ay_kam
ONLAR UCUN COX DARIXMIWA

Elə mən də... empathy
Sitat: Resad_Mamedov
niye cox sheyleri qismatde,bextde goruruk???

Çünki qismət Allahdandır deyirlər və bu həqiqətən də belədir, hara getsən də nə etsən də qismətində varsa mütləq olacaq istədiyimiz...
bu menem , pitbull1998

Təşəkkürlər...
Sitat: princess Mira
bu useri diesen ilk dfe gorurem

Ama mən səni görmüşəm... tongue
--------------------
ALLAH duaya 3 şəkildə cavab verir; "bəli" deyər istədiyini verər, "xeyir" deyər daha yaxşısını verər, "səbr elə" deyər ən yaxşısını verər.

_DecelkA_

31 Oktyabr 2011 22:05

Tanimadigimiz taniwlar:))
Taniwliga wadam seninlede.saytin sevilen userlerinden biri oldugu melumdu.
Bu arada artiq 1 aydir ki,mende cvblandirmiwam suallari amma hele bir ses soraq yoxdu:(

NellY

31 Oktyabr 2011 18:57

Canim.....
Saytda en cox deyer verdiyim Sevam loveis 4ox sag ol xow butun sozlerine ogre...mende seni coxxxx lapeee lap coxxx isteyirem canim ablacim winked Senin kimi saf,temiz,butun menfilerdenlerden uzag birini tanimag menim kimi menfisi 4ox olan birine 4ox xow oldu..hemiwe bele gal...elinde olan o safligi,temizliyi,sadeliyi ve semimiliyi hec vaxt hec vaxt itirme..Ders dediyim yerde birde gordum ifrite sms yazibki Fayanin joyda xeberi cixib eve gedende get mutleg gir ona cavab yaz..bele gorsem onsuzda mutlegki yazardim..amma yaxwiki dedi bildim girib baxib...opurem seni coxlu lappp coxlu ureyim menim.....

MonO PolY

31 Oktyabr 2011 18:35

bu useri diesen ilk dfe gorurem al
--------------------
New Age music

Yüz daha versen yüz uman yüzler bilirim.. Yokuşlara kardeş olan düzler bilirim ..Dünya öküzün üstünde derler ama; dünyanın üstünde nice öküzler bilirim !...

- Necip Fazıl Kısakürek

settar

31 Oktyabr 2011 17:49

az da olsa seni de tanidiq

bu menem

31 Oktyabr 2011 17:43

JOY.AZ AILESININ HER BIR UZVUNU TANIMAQ XOS OLUR
TESEKKURLER

Resad_Mamedov

31 Oktyabr 2011 17:19

maraqli musahibeydi.amma bir shey daha cox celb eledi meni [Qismət deyərdim, çünki qismətimiz deyilsə gec-tez ayrılırıq.] niye cox sheyleri qismatde,bextde goruruk???

pitbull1998

31 Oktyabr 2011 15:57

maraqli musahibedir
--------------------

Səni Sevirəm

nur_ay_kam

31 Oktyabr 2011 15:20

EEEHHHH MEKTEB ILLERI.MEN MEKTEBI 6 ILDI BITIRMIWEM XATIRE DEFTERI TUTMAMIWAM INDI COX PEWMANAM.KAW TUTAYDIM.AMA KECEN DEFE EVDE KOHNE BIR BLOKNOT TAPDIM KITABLARIMMIN ICINDEN 9CU SINIFDE OXUYANDA MENE YAXIN OLAN 4 REFIQEMIN MENE MEZELI UREK SOZLERINI OXUDUM HEM KOVRELDIM HEM SEVINDIM MENE ARZULARI " BIRAZ DERSDE AZ DANIW" OLUB.ONLAR UCUN COX DARIXMIWA
--------------------
bazı düşünceler yazılmaz sadece düşünürülür

MisSayka

31 Oktyabr 2011 15:14

taniwligimiz yoxdu..ama musahibenen gorunurki yaxwi qizsan) bu vaxta qeder taniw olmamiwig,sonraligca taniw olarig yegin..) ugurlar..)
--------------------
Başqalarının nə düşündüyünün mənim onlara "başqaları" dediyim müddətcə heç bir önəmi yoxdur

Tatli cadi

31 Oktyabr 2011 15:14

Sehrlerini her zaman oxudugum userlerden biridi ve cavablarida maraqli idi unsiyetim olmasada ugurlar girl_ten

Dandoline

31 Oktyabr 2011 15:09

Darıxıram məktəb illəri üçün, yuxularıma bilə gəlir müəllimlər, sinif yoldaşlarım... Heyf o günlərə..

wassat

Düzdür, mənim də məktəb illərim, xüsusən son il pis keçməmişdi..Dərsə 3-cü saat gəlirdim bir az arxada uşaqlarnan domina, kart oynayırdıq şokoladdan, sonra bir az test edirdik, bir-birimizlə tutuzdururduq, 5-ci saatdan da qaçıb gəlirdim evə..)))
Amma yenə də getsin o günlər, gəlməsin deyirəm ))

FLOR

31 Oktyabr 2011 15:07

faya ele bayaq menden sorusurdu ) bax cixdi xatire defterin)))

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam